“Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinə daha bir təyinat olub (R)

“Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinə daha bir təyinat olub (R)

21 illik bank təcrübəsinə malik olan Ahmet Kudret İşler 24 iyul 2020-ci il tarixindən etibarən «Ziraat Bank Azərbaycan» ASC-nin İdarə Heyətinin üzvü təyin edilmişdir.

Qeyd edək ki, Ahmet Kudret İşler 2015-2016 illər arasında «Ziraat Bank Azərbaycan» ASC-də «Kreditlərin Təhlili Departamenti»-nin Direktoru vəzifəsində,  2016-cı ildən isə «Kreditlərin Təhlili və Monitorinqi Qrupu»-nun Direktoru vəzifəsində çalışır.

Bundan əlavə, Ahmet Kudret İşler 2017-ci ildən «Azərbaycan Kredit Bürosu»-nun Müşahidə Şurasının üzvüdür.

Beləliklə də, «Ziraat Bank Azərbaycan» ASC-nin İdarə Heyəti aşağıdakı tərkibdə formalaşmışdır:

1.      Avni Demirci — İdarə Heyətinin sədri

2.      Ahmet Kudret İşler — İdarə Heyətinin üzvü

3.      Vüqar Əlipaşayev — İdarə Heyətinin üzvü

4.      Rövşən İbrahimov — İdarə Heyətinin üzvü

«Ziraat Bank Azərbaycan» ASC, «Azərbaycan Respublikası Mərkəzi Bankı» tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş 255 saylı lisenziya əsasında fəaliyyətə başlamışdır.

Bank üç səhmdardan ibarət olmaqla Açıq Səhmdar Cəmiyyəti formasında təsis edilmişdir. Bunlardan, 99.98% səs vermə hüququna malik səhmlərin sahibi T.C.Ziraat Bankası ASC, 0.01% səs vermə hüququna malik səhmlərin sahibi Ziraat Teknoloji ASC və 0.01% səs vermə hüququna malik səhmlərin sahibi Ziraat Yatırım Menkul Değerler ASC-dir.

Yeni dəyərlər yaratmaq üçün #dəyişirik Самые дешевые авиабилеты!

Источник: day.az
12:30
RSS
Нет комментариев. Ваш будет первым!
Загрузка...

Читайте также