“Rabitəbank”dan təkrar müştərilər üçün endirimli istehlak krediti (R)

“Rabitəbank”dan təkrar müştərilər üçün endirimli istehlak krediti (R)

«Rabitəbank» ASC təkrar müştəriləri üçün «Rabitəbanklıyam» məhsulunu təqdim etdi.

Bu məhsul sayəsində «Rabitəbank»a nağd kredit üçün yenidən müraciət edən müştərilər maksimum 15.000 AZN deyil, 20.000 AZN məbləğində kredit əldə edə biləcəklər. Kreditin müddəti 3-36 ay təşkil edir. «Rabitəbank»lı müştəri hansı kredit məhsulundan faydalanmaq istəyəcəksə, həmin məhsulun cari illik faizinə -1% endirim şamil olunacaq. Üstəlik daha öncə «Rabitəbank»dan zaminlə əldə edilmiş kredit məbləğini təkrar müraciət zamanı zaminsiz olaraq əldə etmək imkanı da təqdim edilir.

«Rabitəbanklıyam» məhsulundan yararlanmaq istəyən təkrar müştərilərin əgər başqa bankda aktiv krediti varsa, kredit digər bankdakı kreditin bağlanması şərtilə verilə bilər.



Banka gəlmədən və əlavə vaxt sərf etmədən «Rabitəbanklıyam» məhsuluna rabitabank.com rəsmi veb-saytından onlayn müraciət etmək mümkündür. Ətraflı məlumat üçün bankın 133 nömrəli Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

«Rabitəbank», Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, «Rabitabank Mobile» adlı mobil tətbiqi, İnternet Bankinq və «RabitaBot» adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Yeni dəyərlər yaratmaq üçün #dəyişirik Самые дешевые авиабилеты!

Источник: day.az
15:20
RSS
Нет комментариев. Ваш будет первым!
Загрузка...

Читайте также